Səhər yeməyində bu qidalardan uzaq durun – XƏBƏRDARLIQ

Hazırda oxunan: Səhər yeməyində bu qidalardan uzaq durun – XƏBƏRDARLIQ

Sağlam bir yaşam tərzi üçün səhər yeməyindən uzaq durmağın vacibliyini vurğulayan mütəxəssis şurasını açıqlayan mütəxəssisə görə, bəzi qidalar səhər yeməyinə çox uyğun deyil. Şirniyyatsız keçincə, dadlı şirniyyatları saxlamaq, təbii və qatqısız qidalara üstünlük vermək tövsiyə olunur.

209247

Düzgün qidalanmaq insanı çox bəladan xilas edir. Xüsusilə də, səhər yeməyinə diqqət etmək çox vacibdir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı qidalanma mütəxəssisi Yevgeniya Fisunova "Moskva Region Today" onlayn nəşrinə fikirlərini açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Səhərlər belə qidalananlar gün boyu aclıq hiss etmir


O bildirib ki, bütün qidalar səhər yeməyinə uyğun deyil:

“Dadlı səhər yeməyi arzusu hər kəsi mümkün artıq çəki, mədə-bağırsaq traktının disfunksiyası və digər fəsadlarla təhdid edir. Səhər yeməyində çoxlu şəkər əlavə edilmiş qidaları qəbul etmək məsləhət görülmür. Bunun əvəzinə qatqısız təbii qatıqlara və ya uzun müddət bişmiş dənli bitkilərə üstünlük vermək daha yaxşıdır.

Səhər şirniyyatsız keçinə bilmirsinizsə, onda daha sağlam şirniyyatları seçin. Bal, şəkərsiz mürəbbə, qurudulmuş meyvələr və s. səhər yeməyi üçün ideal qidalardlr. Səhər yeməyində portağal və qreypfrut kimi turşulu şirələrdən və meyvələrdən uzaq durmağa çalışın. Çünki onları ac qarnına içdikdə mədədə yanğıya səbəb olurlar”.

Fisunova həmçinin mağazadan hazır bişmiş məhsullardan çəkinməyi tövsiyə edib:

“Yeməyin tərkibinə əmin olmaq üçün özünüz tort və ya keks hazırlasanız, daha yaxşı olar. Çünki keyfiyyətli və süni qatqılarsız şirniyyatlar sizi həm də artıq çəkidən qoruyacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin