Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,35 ABŞ dolları, yaxud 2,8 % azalaraq 81,69 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat yayıb.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 76,93 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:26 / 31.08.2024
Azərbaycan nefti UCUZLAŞDI
Hazırda oxunan: Azərbaycan nefti UCUZLAŞDI
Hazırda oxunan: Azərbaycan nefti UCUZLAŞDI
Azərbaycan neftinin qiyməti dünya bazarında azalıb. Son dönəmlərdə "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 81,69 dollar təşkil edir. Dövlət büdcəsi üçün hesablanan ortalama neft qiyməti 75 ABŞ dollarıdır. Neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilir. Daha ətraflı məlumat üçün əsas səhifəmizi ziyarət edin.
209222
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.