“Azərbaycan bütün Cənubi Qafqazın təhlükəsizliyinə cavabdehdir” – İqor Korotçenko

Hazırda oxunan: “Azərbaycan bütün Cənubi Qafqazın təhlükəsizliyinə cavabdehdir” – İqor Korotçenko

Rusiya mətbuatına görə Azərbaycan Cənubi Qafqazın təhlükəsizliyinə cavabdehdir. İqor Korotçenko Azərbaycanın regiondakı rolu haqqında danışıb və sülh sazişi ilə bağlı məsələlərə diqqət çəkib.

209203

“Bu gün obyektiv olaraq Azərbaycanın Cənubi Qafqaz regionunda təhlükəsizliyi və sabitliyi qorumaq mandatı var. Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfəri zamanı bunu Prezident İlham Əliyevin diqqətini çatdırmışdı. Lukaşenko həmçinin bildirmişdi ki, bu gün Azərbaycan dövlətinin başçısı təkcə öz ölkəsinin deyil, bütün Cənubi Qafqazın təhlükəsizliyinə cavabdehdir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya mətbuatına Azərbaycanın regiondakı rolundan danışan Xəzər(Rusiya) Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.

O bildirib ki, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Bakı ilə İrəvan arasında Azərbaycan liderinin formalaşdırdığı beş əsas prinsip əsasında ədalətli, ədalətli sülhün bağlanmasına xüsusi diqqət yetirirlər:

“Biz görürük ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqlar prosesi hələ də asan deyil. Ermənistan vaxtaşırı Qərbin “Troya atı” funksiyasını nümayiş etdirir. Ona görə də belə vəziyyətdə narahatlığa səbəb olan bir neçə məqam var. Bu, Ermənistan hakimiyyətinin Azərbaycana qarşı ərazi iddialarını respublika Konstitusiyasından çıxarmasında nəzərəçarpacaq irəliləyişin olmamasıdır.

Avqustun 29-da Ermənistanın ədliyyə naziri bildirib ki, 2027-ci ildə Konstitusiyanın qismən yox, tam dəyişdirilməsi ilə bağlı referendum keçiriləcək. Onun sözlərinə görə, bununla belə Azərbaycana qarşı ərazi iddialarının istisna edilməsi məsələsi ölkə hakimiyyəti tərəfindən hələki müzakirə olunmayıb. Bu da o deməkdir ki, İrəvan sülh sazişi imzalamaqdan imtina edir”.

İqor Korotçenko digər problemin İrəvanla Vaşinqton və Qərb ölkələri arasında hərbi əməkdaşlığın və siyasi əlaqələrin intensivləşməsi olduğunu deyib:

“Bu şəraitdə Rusiya və Azərbaycan vəziyyətin proqnozlaşdırıla bilən və məsuliyyətli inkişafını təmin etmək üçün ona fəal təsir göstərəcəklər. Aydındır ki, ən yüksək səviyyədə təmasların formatı həm ictimai, həm də qeyri-ictimai razılaşmaları nəzərdə tutur. Biz Azərbaycanın bu gün de-fakto və de-yure Rusiyanın ən mühüm müttəfiqlərindən biri olduğunu nəzərə alaraq, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması istiqamətində səylərin daha sıx əlaqələndirilməsindən danışa bilərik. Bunlar iki ölkənin liderləri tərəfindən həyata keçirilən razılaşdırılmış istiqamətlərdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin