“Putin Paşinyana Zəngəzur dəhlizinin önəmini izah etməyə çalışır” – Tofiq Zülfüqarovun ŞƏRHİ

Hazırda oxunan: “Putin Paşinyana Zəngəzur dəhlizinin önəmini izah etməyə çalışır” – Tofiq Zülfüqarovun ŞƏRHİ

Rusiya lideri Vladimir Putinin Zəngəzur dəhlizi ilə bağlı Paşinyanla danışıqları, Tofiq Zülfüqarovun açıqlamaları, Mariya Zaxarovaya müraciət - bu məqalə bu regional məsələ ilə bağlı yenilikləri, iddiaları və səyləri əks etdirir.

209111

Son dövrlərdə Rusiya rəsmilərinin açıqlamalarında Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərə daha tez-tez rast gəlinir.

Belə ki, avqustun 19-da Azərbaycanda dövlət səfərində olan Rusiya lideri Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında regional kommunikasiyaların əhəmiyyətindən söz açmışdı.

Putinin Azərbaycana səfərindən bir neçə gün sonra, avqustun 23-də Nikol Paşinyanla telefon danışığının baş tutması da Rusiyanın regional kommunikasiyaların açıqlmasında maraqlı olduğunu ortaya qoydu.
 

MÖVZU İLƏ BAĞLI:

Zaxarova: “Ermənistan Rusiyanın Zəngəzur dəhlizində nəqliyyat axınına nəzarət etməsinə razı olmadı”


Bundan əlavə, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da keçirdiyi brifinqdə bu məsələyə toxunub:

“Azərbaycanın əsas ərazisini Ermənistan ərazisindən keçməklə Naxçıvan muxtariyyəti ilə birləşdirə biləcək marşrut kommunikasiyaların bloklanması üzrə məsələ üçtərəfli işçi qrupu çərçivəsində digər marşrutlarla yanaşı müzakirə edilir”.

Rusiyanın Zəngəzur dəhlizilə bağlı səylərini gücləndirməsi nəyə hesablanıb?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, Putinin Zəngəzur dəhlizilə bağlı səylərini gücləndirməsi həmin məsələnin Ermənistanın da xeyrinə olduğunu Paşinyana sübut etmək məqsədi daşıyır: 

“Rusiya Prezidenti Putinin Bakıya səfərinə nəzər salsaq görürik ki, orada əsasən iki istiqamətə diqqət yetirilib. Bunlar Şimal-Cənub, Şərq-Qərb və onun bir hissəsi olan Zəngəzur dəhlizi məsələləridir. Amma bəzən belə fikirlər üçün də əsaslar var ki, bu məsələlər bir yerdə həll oluna bilər. Naxçıvan ərazisində Culfa şəhərində hələ sovetlər dönəmində dəmiryolları qoşulması mövcud idi. Belədə Zəngəzur dəhlizi vasitəsilə bağlantı bərpa olunsa, bu iki məsələnin bir növ kəsişməsi baş verəcək. Bu yolun bərpası da yeni kommunikasiya imkanlarını gündəmə gətirəcək. Bəlkə də bunun ətrafında söhbət aparılıb. 

İstisna olunmur ki, Putin Paşinyana həmin məsələnin Ermənistanın da xeyrinə olduğunu sübut etmək istəyib. Zəngəzur dəhlizi vasitəsilə sülh kəsişməsi deyilən Ermənistan layihəsi çox asanlıqla öz həllini tapa bilər. Bəlkə də telefon zənginin əsas məqsədi Ermənistan rəhbərliyinə onların indiki mərhələdə görmədikləri məqamları bir də yada salmaq, izah etməkdən ibarət olub. 

Görürük ki, Qərb Zəngəzur dəhlizinin açılması ilə bağlı müsbət mövqedədir. Obraynın çıxışlarında bunu hiss etmişik.

Dəhlizin işləməsini İran və Ermənistandan başqa hamı istəyir. Amma onun işinin hansı şəraitdə təmin olunacağı hələ də müzakirə predmetidir. Hər halda proses gedir. Təmaslar mövzunun gündəmdə olduğunu göstərir”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin