XİN-dən itkin düşmüş şəxslərlə bağlı MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: XİN-dən itkin düşmüş şəxslərlə bağlı MÜHÜM AÇIQLAMA

209085

Azərbaycan Xarici İşlər Nazirliyi 30 avqust - Beynəlxalq İtkinlər Günündə keçmiş işğal və münaqişə zamanı itkin düşmüş vətəndaşlarımızın taleyinə işıq salmağın zəruriliyini bir daha bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra çoxsaylı kütləvi məzarlıqların aşkarlanmasına baxmayaraq, Ermənistan itkin düşənlərin yerini açıqlamaqdan imtina edir.

"4000-ə yaxın ailə onilliklərdir ki, yaxınlarını gözləyir və yaxınları haqqında məlumat almaq onların təməl hüquqlarına daxildir. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyini müəyyən etmək üçün qəti addımlar atmalıdır. Azərbaycan itkin düşən azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi istiqamətində səylərini davam etdirəcək",- məlumatda qeyd edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin