İlham Əliyev Aleksandr Lukaşenkoya ZƏNG ETDİ

Hazırda oxunan: İlham Əliyev Aleksandr Lukaşenkoya ZƏNG ETDİ

Azərbaycan Prezidenti Ilham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edib və onu təbrik edib. Telefon söhbəti zamanı dostluq münasibətlərinin və iş birliyinin əhəmiyyəti vurğulanıb.
209082

Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya zəng edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 
 

Dövlət başçısı Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb. 


Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib. 

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. 

Yüksək səviyyədə təmasların əhəmiyyətinə toxunularaq bu il Belarus Prezidentinin ölkəmizə dövlət səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verdiyi bir daha qeyd edilib. 

Dövlət başçıları əməkdaşlığımızın perspektivlərinə dair və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin