Qarabağ separatçılarının keçmiş "başçısı"na qarşı daha bir cinayət İŞİ AÇILDI

Hazırda oxunan: Qarabağ separatçılarının keçmiş "başçısı"na qarşı daha bir cinayət İŞİ AÇILDI

209056

Ermənistanda Qarabağ separatçılarının keçmiş “başçısı” Samvel Şahramanyana qarşı daha bir cinayət işi açılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Hraparak“ qəzeti məlumat yayıb. 

Bildirilib ki, buna səbəb separatçıların formalaşdırdığı qondarma “struktur”ların sərəncamındakı 356 avtomobilin indiyədək hökumətə təhvil verilməməsidir.

İstintaq onu həmin nəqliyyat vasitələrini mənimsəməkdə ittiham edir. 

Əsas kimi maşınların geri qaytarılması barədə qərarın iyunun 21-də “narkotik vasitələrin qanunsuz dövriyəsi” maddəsi ilə istintaqı başlanılan cinayət işi çərçivəsində çıxarılmasına baxmayaraq, indiyədək icra olunmadığı göstərilib. 
 

Xatırladaq ki, iyunun 21-də Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyinin darvazasını sındırıb, Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər.


Buna cavab olaraq, Tavuş yeparxiyasının rəhbəri, müxalif “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan öz “Lexus” markalı avtomobilini Şahramanyana hədiyyə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin