Günay Ağamalının qapalı və açıq məkanlarda görüşləri davam edir - FOTO/VİDEO

Hazırda oxunan: Günay Ağamalının qapalı və açıq məkanlarda görüşləri davam edir - FOTO/VİDEO

Günay Ağamalının qapalı və açıq məkanlarda görüşləri davam edir. 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı seçicilərlə görüşüb.Ətraflı məlumat üçün məqaləni oxuyun.
208972

65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı 28 avqust 2024-cü ildə Salyan rayonunun Şorsulu kəndində seçicilərlə görüşdü.

Bizim.Media xəbər verir ki, görüşdə təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, kənd ağsaqqalları, şəhid ailələri və qazilər iştirak edirdi.

İlk olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Namizədin vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova, Günaydın Əhədova və şəhid Kamran Quliyevin anası Arzu Quliyeva namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verdilər və seçiciləri Günay Ağamalıya səs verməyə dəvət etdilər.


Daha sonra tədbirdə çıxış edən Günay Ağamalı görüşə gəldiklərinə və verdikləri dəstəyə görə seçicilərə minnətdarlığını bildirdi.

"Ana Vətən" Partiyasının fəaliyyətindən söz açan G.Ağamalı “Biz Ulu Öndərimiz Heydər Əliyevin yardıcısı və qurucusu olduğu müqəddəs yolun yolçularıyıq və davamçılarıyıq” - deyərək partiyanın yarandığı ilk gündən Ümummilli Liderin siyasi kursuna, dövlətçilik ənənələrinə və ideologiyasına sadiq olduğunu qürurla qeyd etdi.

O, Ümummilli Liderimizin dövlətçilik konsepsiyasını və siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirdi. 

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Silahlı Qüvvələrimizin rəşadəti, qazi və şəhid qardaşlarımızın qəhrəmanlıqları, xalq-dövlət-ordunun sarsılmaz birliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizi təmin etdik”,- deyən G.Ağamalı vətənpərvər oğulların yetişməsində müəllimlərin də çox böyük rolu olduğunu xüsusi olaraq qeyd etdi.


O, seçki plafatformasının əsas qayəsinin Salyan, Biləsuvar, Neftçala rayonlarında erkən nigah, peşə təhsili, şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə, yaşlı və kimsəsiz ahıllara diqqətin yetirilməsi, qadın və uşaqların hüquqlarının müdafiəsi, sahibkarlığın və özəl sektorun inkişafına dəstək və digər məsələlər olduğunu bildirdi.

“Çalışacağam ki, sizlərdən biri olum, sizin səsiniz, sizin sözünüz, sizin hüquqlarınızın müdafiəçisi olum. Gəlin birlikdə millətimizə, dövlətimizə sədaqətlə xidmət edək”deyərək seçiciləri qarşıdan gələn növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə dəvət etdi.

Görüşdə çıxış edən kənd ziyalıları Rəis Abdullayev, Elnurə Cəbiyeva və digərləri Günay Ağamalıya xeyir-dua verərək, görüş iştirakçılarını qarşıdan gələn parlament seçkilərində ona səs verməyə çağırdılar.

Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində seçicilərlə görüşləri davam edir.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin