32 ildən sonra Şuşada “Xarıbülbül” festivalına start verildi - FOTO

Hazırda oxunan: 32 ildən sonra Şuşada “Xarıbülbül” festivalına start verildi - FOTO

20895

Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bu gün «Xarıbülbül» musiqi festivalına start verilir.

Bizim.Media xəbər verir ki, festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçiriləcək. 

Tədbirdə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivləri çıxış edəcək, xalq və klassik musiqi səsləndiriləcək.

32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki festivala ölkəmizin bir çox tanınmış şəxsləri dəvət edilib.

Xatırladaq ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin