Britaniyada koronavirusa yoluxanların sayı yenidən artdı

Hazırda oxunan: Britaniyada koronavirusa yoluxanların sayı yenidən artdı

20893

Böyük Britaniyada koronavirusa yoluxanların sayı yenidən artıb.

Bizim.Media xəbər verir ki, son 24 saat ərzində ölkədə koronavirusa 2 min 357 yeni yoluxma hadisəsi aşkarlanıb.

Aprel ayının əvvəllərində virusa yoluxmada azalma müşahidə olunsa da, sonradan rəqəmlərdə artım qeydə alınıb.

Ümumiyyətlə Krallıqda 4 milyondan çox adam koronavirusa yoluxub, 128 min nəfər isə həyatını itirib. Həmçinin ölkədə koronovirus peyvəndinin 1-ci dozası 35 milyon, 2-ci dozası isə 17 milyon 850 mindən çox insana vurulub.

Mütəxəssislər koronavirusa görə tətbiq olunan karantin rejimin yumşadılmasının virusa yoluxanların sayının artmasına səbəb olduğunu açıqlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin