Kreml 92 ABŞ vətəndaşının ölkəyə girişinə QADAĞA QOYDU

Hazırda oxunan: Kreml 92 ABŞ vətəndaşının ölkəyə girişinə QADAĞA QOYDU

208853

“Müxtəlif səviyyələrdə hüquq-mühafizə orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərləri və məmurları, hərbi sənaye kompleksinin əsas şirkətlərinin rəhbərləri və Ukrayna Silahlı Qüvvələrini silahla təchiz edən və Kiyev rejiminə sponsorluq edən maliyyə institutları ilə yanaşı, “stop-siyahı”ya həmçinin aparıcı liberal-qlobalist nəşrlərin redaksiya əməkdaşları və müxbirləri də daxil edilib

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin “Telegram”  kanalında məlumat verilib.
 

Məlumata görə, siyahıya “The Wall Street Journal”ın baş redaktoru Emma Taker və nəşrin jurnalistləri, nəşrin Moskva bürosunun keçmiş rəhbəri Neytn Hoc, həmçinin “The Washington Post” və “The New York Times” qəzetlərinin müxbiri də daxil edilib.


Rusiya XİN bunun Amerikanın hakim elitasının çılğın sanksiya hücumuna cavab olduğunu bildirib və gələcəkdə “stop-siyahı”nın genişləndiriləcəyinə söz verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin