Zaxarova: “Zəngəzur dəhlizinə dair problemlərlə bağlı Tehranla əlaqə saxlayın” - VİDEO

Hazırda oxunan: Zaxarova: “Zəngəzur dəhlizinə dair problemlərlə bağlı Tehranla əlaqə saxlayın” - VİDEO

Zaxarova: 'Zəngəzur dəhlizi' məsələsi Ermənistan-Azərbaycan və regiondakı qonşular üçün məqbul olmalıdır. Mariya Zaxarova, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü, Zəngəzur dəhlizində nəqliyyat axınına nəzarət etmək məsələsində İran tərəfinin narahatlığını və Moskvanın mövqeyini açıqlayıb.

208832

“Azərbaycanın əsas ərazisini Ermənistan ərazisindən keçməklə Naxçıvan muxtariyyəti ilə birləşdirə biləcək marşrut kommunikasiyaların bloklanması üzrə məsələ üçtərəfli işçi qrupu çərçivəsində digər marşrutlarla yanaşı müzakirə edilir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Zaxarova: “Ermənistan Rusiyanın Zəngəzur dəhlizində nəqliyyat axınına nəzarət etməsinə razı olmadı”


“Biz İran tərəfinin “Zəngəzur dəhlizi” ideyası ilə bağlı narahatlığını gördük, aydınlıq gətirmək üçün Tehranla əlaqə saxlamalıyıq.

Və Moskvanın bu məsələdə mövqeyi məlumdur: biz ondan çıxış edirik ki, həll Ermənistan, Azərbaycan və regiondakı qonşular üçün qarşılıqlı məqbul olmalıdır”, - Zaxarova bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin