Yataqxanalar az, kirayə evlər BAHA... – Tələbələr üçün çıxış yolu NƏDİR?

Hazırda oxunan: Yataqxanalar az, kirayə evlər BAHA... – Tələbələr üçün çıxış yolu NƏDİR?

Yataqxanalar az, kirayə evlər BAHA... Tələbələr üçün çıxış yolu NƏDİR? Universitetlərin yataqxanalarında yer tapmayan tələbələr nə etməlidir? Məsələ ilə bağlı deputat Fazil Mustafa və digər fikirləri oxuyun.

208820

Xəbər verdiyimiz kimi, 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb. Tələbələr artıq qəbul olduqları universitetlərdə qeydiyyatdan keçməyə hazırlaşırlar.

Lakin tələbə adını qazananları hazırda ən çox narahat edən məsələlərdən biri kirayə evlərin qiymətindəki artımdır. Belə ki, yataqxanalarda yer tapa bilməyənlər bu məsələdən daha çox narazılıq edirlər.

Araşdırmalarımız göstərir ki, universitetlərin yerləşdiyi şəhərin mərkəzi hissəsində hazırda 600 manata belə ev tapmaq müşkül məsələyə çevrilib.

Maraqlıdır, universitetlərin yataqxanalarında yer tapmayan tələbələr nə etməlidir?

Milli Məclisin VI çağırış deputatı Fazil Mustafa Bizim.Media-ya bildirib ki, bu məsələ artıq gecikib:
 

MÖVZU İLƏ BAĞLI:

Bakının bu ərazilərində kirayə mənzillər BAHALAŞDI - VİDEO


“Çünki bir universitet akkreditasiyadan keçəndə onun infrastrukturu əsas götürülməli idi. Təəssüf ki, bizdə buna baxılmır, eləcə bir binadan ibarət universitet düşünülür. Bu da nəticədə belə problemlər yaradır. Özəl mülk sahibinə də deyə bilməzsən ki, tələbədir, endirim et.

Biz çalışmalıyıq ki, bu kimi məsələlər ətrafında müzakirələr apararkən universitetlərin infrastruktur məsələsini ciddi şəkildə qabardaq. Çox təəssüf ki, bu məsələdə geri olmaqla yanaşı, düzəlməsi istiqamətində də addım atmırıq. Özəl universitet öz hesabına yataqxana tiksin. Dövlət universitetlərinə isə maliyyə ayrılmalıdır ki, yataqxanaları təmir etsin, böyütsün ki, tələbələr kənarda qalmasınlar. Bunlar kompleks problemlərdir və artıq həlli gecikir”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin