ABŞ-da prezidentliyə namizəd Donald Tramp “Tanrı tərəfindən seçilmiş” olduğuna inandığını deyib.
Bizim.Media “The Times”a istinadən xəbər verir ki, bu barədə Tramp “Dr Phil”ə müsahibəsində bildirib.
O, qeyd edib ki, sui-qəsd cəhdindən xilas olmağında ilahi bir qüvvənin rolu var.
“Tanrının məni xilas etməyində bir məqsədi vardı. O, inanır ki, mən Amerikanı, hətta dünyanı xilas edəcəm. Elə ona görə də, məni sui-qəsddən xilas etdi”, - prezidentliyə namizəd bildirib.
Mənbə onu da qeyd edib ki, keçmiş prezident D.Tramp ona açılan atəşdə günahın prezident Bayden və Kamala Harrisdə olduğu iddialarından da yan keçməyib.
Qeyd edək ki, Donald Trampa sui-qəsd iyulun 13-ü axşam saatlarında baş verib. Atəş açan şəxs müəyyən edilib. FTB-nin məlumatına görə, o, Pensilvaniya ştatından olan 20 yaşlı Tomas Metyu Kruksdur. "New York Post” mənbələrinin məlumatına görə, gənc oğlan Trampın danışdığı səhnənin təxminən 120 metrliyində istehsalat fabrikinin damından atəş açıb.
Xatırladaq ki, Tramp 2020-ci ildə namizəd olduğu prezident seşkilərində rəqibi, Demokratlar partiyasının üzvü Baydenə məğlub olmuşdu.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
16:52 / 28.08.2024
Tramp: "Tanrı məni xilas etdi ki, mən də dünyanı xilas edim" - VİDEO
Hazırda oxunan: Tramp: "Tanrı məni xilas etdi ki, mən də dünyanı xilas edim" - VİDEO
Hazırda oxunan: Tramp: "Tanrı məni xilas etdi ki, mən də dünyanı xilas edim" - VİDEO
ABŞ-da prezidentliyə namizəd Donald Tramp Tanrı tərəfindən seçilmiş olduğuna inandığını deyir. O, Tanrının məni xilas etməyində bir məqsədi olduğunu və Amerikanı hətta dünyanı xilas edəcəyini söyləyir. Tramp sui-qəsd atəşindən xilas olmağında ilahi bir qüvvənin rolu olduğunu vurğulayır və Bayden və Kamala Harrisinə qarşı iddiaları da var. Sui-qəsdin tərəfindən müəyyən edilən atəş açan şəxs Tomas Metyu Krukstan ibarətdir.
208810
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.