Qubada 17 yaşlı gənc bıçaqlandı

Hazırda oxunan: Qubada 17 yaşlı gənc bıçaqlandı

208778

Quba rayonunun Zərdabi qəsəbəsində yaşayan 17 yaşlı gənc bir qrup yeniyetmə ilə mübahisə edib. Nəticədə onlardan biri tərəfindən bıçaqlanıb.

Bizim.Media xəbər verir ki, qarın nahiyəsindən 2 bıçaq zərbəsi alan gənc dərhal Quba rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Gənc dərhal əməliyyat olunub, həkimlərin səyi nəticəsində həyatı xilas edilib.

Çoxlu qan itirən gəncə Mərkəzi Qan Bankının Quba şöbəsindən qan verilib. Zərdabi qəsəbə sakinləri də kömək üçün yaralıya könüllü qan veriblər.

Faktı Quba rayon polis şöbəsi araşdırır.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun inspektoru, polis baş leytenantı Xəyal Tallbov Bizim.Media-ya deyib ki, həmin məsələ ilə bağlı polisə məlumat daxil olub.

Əməli törədən şəxs saxlanılıb. Hazırda Quba RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin