Dələduzluq edən şəxsin bəraət hökmü LƏĞV EDİLDİ

Hazırda oxunan: Dələduzluq edən şəxsin bəraət hökmü LƏĞV EDİLDİ

208739

Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbuhi Əsmanzadənin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apelyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media “pravda.az”a istinadən xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, protest və şikayət qismən təmin edilib, Gəncə Şəhər Məhkəməsinin çıxardığı bəraət hökmü ləğv olunub, iş üzrə ittiham hökmü çıxarılıb. Belə ki, 3 il 4 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib.

İttihama görə, Səbuhi Əsmanzadə "Instagram" sosial şəbəkəsində şəklini yerləşdirdiyi mebel dəstini satacağı barədə yalan məlumat verərək 9 zərərçəkmişə qarşı 12 362 manatlıq dələduzluq edib.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə ona bəraət hökmü verilmişdi. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmişlər apellyasiya şikayəti vermişdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin