Fransa hakimiyyəti Parisdə saxlanılan “Telegram”ın təsisçisi Pavel Durova qarşı irəli sürülən ittihamlarla bağlı ciddi sübutlar təqdim edə bilməsə, onun işi siyasi hesab edilə bilər.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Durovun köməkçisi və mühafizəçisi Parisdə sərbəst buraxıldı
“İttihamlar həqiqətən də çox ciddidir və ciddi sübut bazası tələb edir. Əks təqdirdə, bu, birbaşa söz azadlığını məhdudlaşdırmaq, hətta böyük şirkət rəhbərinə hədə-qorxu gəlmək cəhdi hesab olunacaq", - məlumatda bildirilib.
Bizim.Media