Manat ucuzlaşacaq? – MÜHÜM PROQNOZ

Hazırda oxunan: Manat ucuzlaşacaq? – MÜHÜM PROQNOZ

Azərbaycanda avronun manata qarşı dəyəri artarkən, iqtisadçılar nəzərə alaraq manatın avroya qarşı dəyər itirməsini proqnozlaşdırırlar.
208598

Ölkəmizdə avronun manata qarşı olan məzənnəsində yeni rekord qeydə alınıb.

Bu gün avro-manat məzənnəsi son bir ildə ilk dəfə olaraq 1,9 həddini ötüb. Azərbaycanda avronun məzənnəsində belə yüksək göstərici sonuncu dəfə 2023-cü ilin iyulunda qeydə alınıb. Avronun yenidən bahalaşmasının səbəbi dolların ucuzlaşması ilə bağlıdır.

Manatın xarici valyutalara qarşı məzənnəsi birbaşa yox, dolların vasitəsilə dolayı müəyyənləşdiyindən Azərbaycanda da avro bahalaşır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda avro bahalaşdı, dollar isə... – MƏZƏNNƏ


Qaydalara əsasən, dollar hansı valyutaya qarşı bahalaşırsa, manat da həmin valyutaya qarşı dəyər qazanır, dollar hansısa valyutaya qarşı ucuzlaşdıqda isə manat da həmin valyutaya nisbətən ucuzlaşır.

2024-cü ilin iyunundan başlayaraq dollar avroya nisbətən ucuzlaşır. Buna görə də manat da avro qarşısında dəyər itirir. Hazırda Azərbaycanın iri kommersiya banklarında avronun satış qiyməti daha yüksəkdir. İri banklarda avro 1,91-1,92 manata satılır, 1,86-1,87 manata isə alınır.

Manat avro qarşısında ucuzlaşacaq?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda avronun məzənnəsi manat nisbətində hesablanmır:

“Azərbaycanda çarpaz məzənnə sistemidir. Dollar-avro məzənnəsi hansı səviyyədədirsə ona uyğun olaraq da avronun məzənnəsi hesablanır. İndi avro dollara qarşı bahalaşıb. Dollara qarşı bahalaşan avro həm də manat qarşısında da bahalaşıb. Yəni bizdə valyuta indeksi dollara hesablanıb. Daha doğrusu manat dollar indekslidir. Ona görə də dolların başqa valyutalar qarşısında məzənnədən düşməsi manatın da həmin valyuta qarşısında ucuzlaşmasına yol açır. 

Bu mənada yaxın zamanlarda manatın dollar yox, avro qarşısında daha çox dəyər itirməsi gözləniləndir”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin