Meta-nın qurucusu Mark Zukerberg etiraf edib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası şirkətin sosial şəbəkələrində hesabların paylaşımlarına senzura qoyulması məqsədilə korporasiyaya təzyiq göstərib.
Bizim.Media xəbər verir ki, bu barədə o, ABŞ Nümayəndələr Palatasının Hüquq Komitəsinin sədri Jim Cordana yazdığı məktubunda bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə Bayden administrasiyasının rəsmiləri sosial şəbəkədə yayımlanan tənqid və yumorla bağlı da narazılıqlarını bildiriblər:
"O vaxt onların fikirlərinə qəti etirazımızı bildirdik".
İş adamının sözlərinə görə, hər hansı bir hesabın silinməsi korporasiyanın daxili işidir.
Mark Zukerberg hökumətin bu addımının səhv olduğunu qeyd edib:
"Biz kənardan hansısa administarsiyanın təzyiqinə güzəştə gedə bilmərik. Şirkət gələcəkdə də belə təziqlərə layiqli cavabını verəcək".
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:40 / 27.08.2024
Zukerbergin ETİRAFI: "Bayden administrasiyası bizə təzyiq göstərib"
Hazırda oxunan: Zukerbergin ETİRAFI: "Bayden administrasiyası bizə təzyiq göstərib"
Hazırda oxunan: Zukerbergin ETİRAFI: "Bayden administrasiyası bizə təzyiq göstərib"
Zukerbergin ETİRAFI: Bayden administrasiyası bizə təzyiq göstərib. Meta-nın qurucusu Mark Zukerberg etiraf edib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası şirkətin sosial şəbəkələrində hesabların paylaşımlarına senzura qoyulması məqsədilə korporasiyaya təzyiq göstərib.
208567
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.