Tünzalə bu dəfə "Xoş gəldin"i Nadir Rüstəmli ilə SƏSLƏNDİRDİ - VİDEO

Hazırda oxunan: Tünzalə bu dəfə "Xoş gəldin"i Nadir Rüstəmli ilə SƏSLƏNDİRDİ - VİDEO

Heydər Əliyev Mərkəzinin parkında keçirilən “Yay Festivalı”nda Tünzalə Ağayeva və Nadir Rüstəmli “Xoş gəldin” mahnısını duet şəklində SƏSLƏNDİRDİ. Tünzalə duetdən çox məmnun qalıb və Nadir Rüstəmli ilə birlikdə çalışmaqdan bəhrələndiyini vurğulayıb.
208529

Yayın son günləri ilə əlaqədar Heydər Əliyev Mərkəzinin parkında “Yay Festivalı” adlı bağlanış konserti keçirilib.

Bizim.Media xəbər verir ki, konsertdə Xalq artisti Tünzalə Ağayeva dillər əzbəri olan "Xoş gəldin" mahnısını müğənni Nadir Rüstəmli ilə duet oxuyub.

Tünzalə duetdən məmnunluğunu bu sözlərlə ifadə edib: “Nadir Rüstəmli böyük səs diapazonuna malikdir. Bu mahnının öhdəsindən özünəməxsusluqla, məharətlə gəldi. Mən çox bəyəndim duetimizi və inanıram ki, mahnımın duet versiyası da çox seviləcək”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin