Paşinyan yeni parlamentin tərkibini ciddi dəyişmək fikrindədir – Oyunun digər PƏRDƏARXASI

Hazırda oxunan: Paşinyan yeni parlamentin tərkibini ciddi dəyişmək fikrindədir – Oyunun digər PƏRDƏARXASI

20852

Xəbər verdiyimiz kimi mayın 10-da Ermənistanda keçirilən  parlament iclasında Nikol Paşinyan növbəti dəfə Baş nazir postuna seçilməyib. Belə ki, 76 deputat Paşinyanın əleyhinə, biri isə leyhinə səs verib. Bununla da Nikol Ermənistan parlamentinin də axırına belə çıxıb. Prosedur qaydalarına görə, iki dəfə baş naziri seçə bilməyən parlament istefa verir. Ermənistan qanunvericilik hakimiyyəti də özünü buraxdı.

Politoloq Fikrət Sadıxov Bizim.Media-ya açıqlamasında bildirib ki, Paşinyan Parlament sistemi çərçivəsində bir-sıra mərhələlərdən keçərək öz qurduğu planlar üzrə hərəkət edir:

“Paşinyan artıq bu  mərhələnin birini keçib. O, baş nazirin postundan istefa verərək, hazırda onu müvəqqəti icra edir. Bu birinci mərhələ idi. İkinci mərhələdə yenidən parlament Paşinyanı ölkənin baş naziri seçməli idi. Amma o da guya nəzəri cəhətdən vəziyyətə uyğun idi. Çünki bu əslində reallıq deyildi. Hazırda  Paşinyan və onun tərəfdarları parlamentin buraxılmasında maraqlıdırlar. Parlamentin də buraxılması üçün baş nazir seçilməməli idi. Bu da Paşinyanın keçdiyi ikinci mərhələ oldu”.

F.Sadıxov bildirib ki, bu mərhələdə də triumf göstərən Paşinyan növbəti seçkilərdə şəriksiz lider olduğunu nümayiş etdirib. Parlamentdə səs çoxluğu onsuz da onun başçılıq etdiyi bloka aid idi, ona görə də bu mərhələni adlamaq onunçün çətin deyildi. İndi o, öz bloku ilə birlikdə var-gücünü seçkilərə qoyacaq.

Paşinyan bu gedişlə həm də parlamentdə onun istəyinə uyğun olmayan deputatlardan yaxa qurtarmış oldu:  

“Daha sonra Paşinyan 20 iyunda keçirilən seçkilərdə yeni parlament formalaşdırmaq istəyir. Onun əsas arzusu partiyasının səs çoxluğu ilə yenidən parlamentdə təmsil olunmasıdır. Onun əsas planı lazım olmayan adamlardan qurtulmaq və asanlıqla baş nazir postuna təsdiq olunmaqdır”.

Ekspertlərin fikrincə mübarizə çox ağır şərtlər altında gedəcək, amma Nikol qələbə üçün şansları pis görünmür. Tezliklə, yəni növbəti ayın 20-də bütün mənzərə üzə çıxacaq. İyunun 20-də Ermənistanda erkən parlament seçkiləri olacaq.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin