BMT-nin İnsan Hüquqları Komitəsinin 14 oktyabr - 8 noyabr 2024-cü ildə 142-ci sessiyası keçiriləcək.
Bizim.Media xəbər verir ki, sessiya çərçivəsində Ekvador, Fransa, Yunanıstan, İslandiya, Pakistan və Türkiyənin Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın icra edilməsi ilə əlaqədar ölkə hesabatları dinləniləcək.
Qeyd edək ki, Pakta əsasən, sənədə qoşulmuş ölkələr BMT Nizamnaməsinə uyğun olaraq faktiki müstəmləkə altında saxladıqları ərazilərdə yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət etməlidirlər.
Məlum olduğu kimi, hazırda kolonializm və neokolonializm siyasəti yürüdən dövlətlərin başında Fransa gedir.
Bakı Təşəbbüs Qrupu BMT-nin İnsan Hüquqları Komitəsinə Fransanın kolonial siyasətini ifşa edən “Fransız müstəmləkəçiliyinin davamlı irsi öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə əhəmiyyətli dərəcədə mane olmaqda davam edir: Yeni Kaledoniya (Kanaki) və Fransız Polineziyası (Ma`ohi Nui) timsalında” adlı alternativ hesabat təqdim edib.
Həmin hesabat BMT-nin İnsan Hüquqları Komitəsinin rəsmi saytında dərc edilib. Hesabatla bağlı daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:54 / 26.08.2024
Fransanın kolonial siyasətini ifşa edən alternativ hesabat beynəlxalq komitəyə göndərildi
Hazırda oxunan: Fransanın kolonial siyasətini ifşa edən alternativ hesabat beynəlxalq komitəyə göndərildi
Hazırda oxunan: Fransanın kolonial siyasətini ifşa edən alternativ hesabat beynəlxalq komitəyə göndərildi
Fransanın kolonial siyasətini ifşa edən alternativ hesabat beynəlxalq komitəyə göndərildi BMT-nin İnsan Hüquqları Komitəsinin 14 oktyabr - 8 noyabr 2024-cü ildə 142-ci sessiyası çərçivəsində.
208516
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.