Bankların adından fişinq cəhdləri həyata keçirilir - XƏBƏRDARLIQ/FOTO

Hazırda oxunan: Bankların adından fişinq cəhdləri həyata keçirilir - XƏBƏRDARLIQ/FOTO

Ölkədə fəaliyyət göstərən müxtəlif bankların adından fişinq cəhdləri həyata keçirilir. Elektron Təhlükəsizlik Xidməti vətəndaşları bank ödənişləri ilə əlaqədar saxta məlumatlar göndərən zərərli qoşmalara qarşı diqqətli olmağa çağırır.
208512

Ölkədə fəaliyyət göstərən müxtəlif bankların adından fişinq cəhdləri həyata keçirilir.

Bu barədə Bizim.Media-ya Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

“Kiberdələduzlar e-poçt vasitəsilə bank ödənişlərinin tamamlanması ilə bağlı saxta məlumatlar göndərərək istifadəçiləri zərərli qoşmalara yönləndirirlər. Qoşmanın tərkibində fərdi məlumatları ələ keçirmək üçün zərərli “keylogger” proqramı yerləşdirilib”, - deyə məlumatda qeyd olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu cür hallara qarşı diqqətli olmağı və şübhəli qoşmalara daxil olmamağı, yükləməməyi, həmçinin hər hansı qurumun adından bu tip məlumatlarla qarşılaşdıqda, ilk növbədə həmin qurumla əlaqə saxlayaraq dəqiqləşdirməyi tövsiyə edir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin