Vaqner: "Biz hazırda Ukraynada döyüşmürük"

Hazırda oxunan: Vaqner: "Biz hazırda Ukraynada döyüşmürük"

208462

Rusiyanın “Vaqner” özəl hərbi şirkəti rəsmi bəyanat yayaraq, cari fəaliyyətlərini açıqlayıb və döyüşçülərinin yalnız Afrika və Belarusda olduğunu vurğulayıb. 

Bizim.Media xəbər bu barədə informasiyanı Telegram kanalları yayıb.

Şirkət qeyd edib ki, hazırda onun bölmələri nə Rusiya Qvardiyasında, nə Rusiya Müdafiə Nazirliyində, nə də başqa dövlət qurumlarındadır.

Bəyanatda o da bildirilir ki, indiki mərhələdə "Vaqner" Ukraynadakı müharibədə iştirak etmir. 

Şirkət nümayəndələri əmin ediblər ki, vəziyyət dəyişərsə və hər hansı hərbi əməliyyatlarda iştirakları bərpa olunarsa, o zaman bu barədə rəsmi açıqlama veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin