Bu il neçə nəfər dövlət sifarişi ilə təhsil ALACAQ? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bu il neçə nəfər dövlət sifarişi ilə təhsil ALACAQ? – RƏSMİ AÇIQLAMA

Dövlət İmtahan Mərkəzinin rəhbəri təhsil alan nəfərlər haqqında açıqlama verib. 55656 nəfər, onların arasında 7287 subbakalavr təhsil alacaq. Dövlət sifarişi ilə ali təhsil müəssisələrinə qəbul olunmuşdur.

208420

“Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə bu gün keçirilən brifinqdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan təhsil tarixində REKORD: Tələbə adını 55656 abituriyent qazandı


DİM sədri qeyd edib ki, 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib:

“Ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub. Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3715 nəfər daha çoxdur. 

Bu il həmçinin dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 2523 nəfər çoxdur. Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin