Oksford Universitetinin mütəxəssislərinin hazırladığı koronavirus əleyhinə vaksinin Milad bayramı ərəfəsində hazır olacağı proqnozlaşdırılır.
Bizim.Media-nın variety.com saytına istinadla verdiyi xəbərə görə, ilk mərhələdə 4 milyon vaksin hazırlanacaq ki, bu da yalnız tibb işçiləri, müəllimlər, sosial xidmət əməkdaşları və ictimai nəqliyyatda çalışanlar üçün nəzərdə tutulub.
COVID-19 əleyhinə bu peyvənd “Astra Zeneca” əczaçılıq şirkəti və Oksford Universitetinin birgə layihəsi əsasında hazırlanır.
Vaksin hazırda tədqiqatların üçüncü mərhələsindədir. Bu mərhələ başa çatdıqdan sonra preparat qeydiyyatdan keçə bilər.
Bizim.Media