Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal, Nərimanov və Suraxanı rayonları ərazilərində ümumilikdə 4 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmaları, Nəsimi rayonu ərazisində 1 nəfərin intihara cəhd etməsi, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1 nəfərin ağır çəki səbəbilə mənzili tərk edə bilməməsi barədə məlumatlar daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 4-ü azyaşlı olmaqla 6 nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:26 / 25.08.2024
FHN 6 nəfəri xilas etdi - 4-ü azyaşlıdır
Hazırda oxunan: FHN 6 nəfəri xilas etdi - 4-ü azyaşlıdır
Hazırda oxunan: FHN 6 nəfəri xilas etdi - 4-ü azyaşlıdır
FHN 6 nəfəri xilas etdi - 4-ü azyaşlıdır. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttindən gələn çağırışa əsasən, xilasedicilər tərəfindən həyata keçirilən tədbirlərlə 4-ü azyaşlı 6 nəfər xilas edilib.
208284
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.