Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunda seçicilərlə görüşdü - FOTO/VİDEO

Hazırda oxunan: Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunda seçicilərlə görüşdü - FOTO/VİDEO

Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunda seçicilərlə görüşdü. Görüş zamanı şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsini yad ediblər. Əməkdar müəllimlər də Günay Ağamalıya uğurlar arzulayaraq səs verecəklərini bildiriblər.
208279

Deputatlığa namizəd Günay Ağamalının Salyan rayonunda ziyalılar, ağsaqqallar, ictimaiyyət nümayəndələri və seçicilərlə görüşü olub.

Bizim.Media xəbər verir ki, görüşdə ilk olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Tədbirdə çıxış edən namizədin vəkili, şəhid Kamran Quliyevin anası Arzu Quliyeva G.Ağamalını Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə dəstəklədiyini bildirərək, onun yanında olacağını, seçkilərdə ona səs verəcəyini söyləyib və öz xeyir-duasını verərək, bütün görüş iştirakçılarını G.Ağamalıya səs verməyə dəvət edib.


Seçki platformasının əsas məqamlarını görüş iştirakçılarının diqqətinə çatdıran Günay Ağmalı deputat seçiləcəyi təqdirdə dövlət qurumları, yerli icra orqanları və bələdiyyələrlə seçicilərin problemlərinin həlli üçün səlahiyyətləri çərçivəsində birgə səylə çalığacağını əminliklə vurğulayıb.

G.Ağamalı bütün görüşlərində fəxrlə söylədiyi “Biz Ulu Öndərimiz Heydər Əliyevin yaradıcısı və qurucusu olduğu müqəddəs yolun yolçularıyıq və davamçılarıyıq” sözlərini bir daha böyük məmuniyyətlə etiraf edib. O, Ümummilli Liderimizin dövlətçilik konsepsiyasını və siyasi kursunu ugurla davam etdiən cənab Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirib. 

Günay Ağamalı çıxışının sonunda səsləndirdiyi “Çalışacağam ki, sizlərdən biri olum, sizin səsiniz, sizin sözünüz, sizin haqqınız, sizin hüquqlarınızın müdafiəçisi olum.

Gəlin millətimizə, dövlətimizə sədaqətlə xidmət edək” sözləri görüş iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
 

Görüşdə çıxış edən Əməkdar müəllimlər Gülşən Piriyeva, Sehranə Rzayeva və digər seçicilər Günay Ağamalıya sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə uğurlar arzulayaraq, ona səs verəcəklərini bildiriblər.


Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin