Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri zamanı imzalanan bir sıra sənədlər arasında Azərbaycanın iki rayonunun Özbəkistanın iki şəhəri ilə qardaşlaşması məsələsi də müzakirə olunub.
Quba şəhəri ilə Özbəkistanın Cizak şəhərinin qardaşlaşması barədə hər iki ölkənin dövlət başçıları birgə sənəd imzalayıb.
Bu barədə Bizim.Media-ya Quba rayon İcra Hakimiyyətindən bildirilib. Məlumata görə, ilk olaraq Cizak şəhəri ilə Qubanın nümayəndə heyətlərinin qarşılıqlı səfər edəcəyi qərara alınıb.
Həmin görüşlərdə rayonların iqtisadi, mədəni və digər sahələri üzrə tanışlıq olacaq. Bundan sonra Qubanın Cizak şəhəri ilə müxtəlif sahələr üzrə əməkdaşlığa start veriləcək. Həmin sahələr tanışlıq prosesindən sonra baş tutacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Siyasət
14:32 / 24.08.2024
Özbəkistan Quba ilə birgə əməkdaşlıq edəcək - FOTO
Hazırda oxunan: Özbəkistan Quba ilə birgə əməkdaşlıq edəcək - FOTO
Hazırda oxunan: Özbəkistan Quba ilə birgə əməkdaşlıq edəcək - FOTO
Özbəkistan Quba ilə birgə əməkdaşlıq edəcək - FOTO Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri zamanı imzalanan sənədlər arasında Quba şəhəri ilə Özbəkistanın Cizak şəhərinin qardaşlaşması müzakirə olunub.
208168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.