4 gün sonra planetlərin heyrətamiz PARADI olacaq

Hazırda oxunan: 4 gün sonra planetlərin heyrətamiz PARADI olacaq

Merkuri, Mars, Jupiter, Uran, Neptun, Saturn və Ay Günəşin bir tərəfində düzüləcək parad haqqında məlumatlar. Planetlərin 160 dərəcəlik sektor üzrə yerləşəcəyi 28 avqust tarixində keçiriləcək hadisə.
208120

Avqustun 28-i səhər saatlarında Merkuri, Mars, Yupiter, Uran, Neptun və Saturn və Ay Günəşin bir tərəfində düzüləcək.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, planetlərin şərti paradı səmada təxminən 160 dərəcəlik sektorda olacaq.

Avqust ayında Mars, Yupiter, Uran, Neptun və Saturn gecə yarısından səhər saatlarına qədər görünür. Ayın sonunda Merkuri Bakı vaxtı ilə saat 05:00-dan sonra səmada görünməyə başlayır. Planetlərin hamısı Günəşin şərqində (sağda) yerləşəcək.

“Avqustun 28-də Merkuri, Mars, Yupiter, Uran, Neptun, Saturn və Ay səhər saatlarında səmada Günəşin bir tərəfində təxminən 160 dərəcəlik sektorda yerləşəcək”, - məlumatda bildirilib.

Aydın havada parad iştirakçılarının bəzilərini adi gözlə, qalanlarını isə teleskopla görmək mümkün olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin