Arxiv üzə ÇIXDI - İngiltərə və Fransa Moskvaya hücum etmək üçün Finlandiyanı silahlandırıb

Hazırda oxunan: Arxiv üzə ÇIXDI - İngiltərə və Fransa Moskvaya hücum etmək üçün Finlandiyanı silahlandırıb

208114

1940-cı ildə Böyük Britaniya və Fransa SSRİ-yə hücum etmək üçün Finlandiyanı aktiv şəkildə silahla təmin edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident Kitabxanasının nəşr etdiyi Rusiya Dövlət Hərbi Arxivinin sənədlərində ortaya çıxıb.

Qeyd olunur ki, bu silah başqa şeylərlə yanaşı, Leninqrad, Kronştadt və Murmanskda planlaşdırılan reydlər üçün nəzərdə tutulub.

“İngiltərə və Fransa 1940-cı ilin əvvəllərində SSRİ-yə qarşı müharibəyə başlamaq, Sovet İttifaqının o vaxt döyüşdüyü Finlandiyadan zərbələr endirmək, Leninqradı tutmaq, Qafqazdan zərbə endirmək, eləcə də yerli sovet neft yataqlarını dağıtmaq niyyətində olub. Habelə “milli rus hökuməti” yaradılması nəzərdə tutulub.

Lakin London və Parisin Sovet İttifaqına zərbə vurmaq planları həyata keçməyib. 1940-cı ildə Almaniyanın Qərbi Avropadakı hərbi uğurları səbəbindən İngiltərə və Fransanın onlara vaxtı yox idi. Həmin ilin martın 12-də SSRİ ilə Finlandiya arasında müharibə başa çatıb, Moskva ilə Helsinki sülh müqaviləsi imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin