Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən namizəd Şahin Seyidzadə Qobustan rayonunda seçicilərlə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşlər rayonun Sündü və Xilximli kəndində baş tutub.
İlk görüş Qobustan rayonunun 5000 illik tarixi olan Sündü kəndində keçirilib.
“Tarixi tunc dövrünə dayanan qədim kənddə seçicilərlə ətraflı müzakirələr apardıq, seçki platforması haqqında məlumat verdik. Fəal keçən görüşdə, eləcə də kəndin ağsaqqalları, şəhid ailələri və gənclər iştirak ediblər”, - deputatlığa namizəd bildirib.
O, kəndə səfər zamanı Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin əbədi xatirəsini yad edib.
Növbəti görüş rayonunun Xilmilli kəndinin sakinləri ilə baş tutub. Ş.Seyidzadı seçki platforması açıqlandıqdan sonra, seçicilər tərəfindən irəli sürülən fikir və təkliflər dinləyib, müvafiq müzakirələr aparıb.
Qeyd edək ki, Şahin Seyidzadə VI çağırış Milli Məclisin deputatı olub. O, 2022-ci ilin 3 mart tarixindən bəri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədridir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:11 / 23.08.2024
Şahin Seyidzadə Qobustanda seçicilərlə görüşlərə davam edir – FOTO
Hazırda oxunan: Şahin Seyidzadə Qobustanda seçicilərlə görüşlərə davam edir – FOTO
Hazırda oxunan: Şahin Seyidzadə Qobustanda seçicilərlə görüşlərə davam edir – FOTO
Şahin Seyidzadə Qobustanda seçicilərlə görüşlərə davam edir. 1-ci sədrə namizəd olan Seyidzadə seçki platforması haqqında məlumat verir və şəhidlər xiyabanını ziyarət edir.
208039
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.