“Kapital Bank” istifadə edilməyən QR biletə görə ödənişləri niyə geri qaytarmır? – RƏSMİ AÇIQLAMA – FOTO

Hazırda oxunan: “Kapital Bank” istifadə edilməyən QR biletə görə ödənişləri niyə geri qaytarmır? – RƏSMİ AÇIQLAMA – FOTO

Kapital Bank tərəfindən istifadə edilməyən QR biletə görə ödənişlərin niyə geri qaytarılmadığına dair rəsmi açıqlama. QR biletin istifadə müddəti, ödənişin geri qaytarılma şərtləri və məsələ ilə bağlı digər məlumatlar.

208025

15 gündən çoxdur “Bakıkart” saytı və tətbiqi işləmir. Paytaxtda və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər Bakıkart balansını alternativ yollarla artırırlar. Kapital bankın “Birbank” mobil tətbiqində də QR bilet alaraq ictimai nəqliyyatdan istifadə etmək mümkündür.

Lakin alınan QR biletin istifadə müddəti 30 dəqiqədir və bu müddət ərzində biletdən istifadə olunmursa, ödəniş balansa geri qayıtmır. Həmin məbləğ ödəniş olunan plastik karta yüklənmir.
 

MÖVZU İLƏ BAĞLI:

“Kapitala Bank” bir il ərzində 28,5 milyon manat zərər EDİB – HESABAT  


Qeyd edək ki, QR bilet yalnız bir gediş üçün etibarlıdır. Əvvəllər alınan biletin etibarlılıq müddəti beş dəqiqə idi və biletdən hər hansı səbəbdən istifadə olunmurdusa, biletin pulu balansa geri qaytarılırdı. İndi biletin istifadə müddəti yarım saata qaldırılsa da, istifadəsiz qalan biletlərin pulu istifadəçiyə geri ödənilmir.

Əvvəllər istifadə edilməyən QR biletin məbləği ödənildiyi halda indi niyə ödəniş geri qayıtmır və QR bilet niyə növbəti istifadəyə qədər qüvvədə qalmır?

Məsələ ilə bağlı “Kapital Bank”dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, istifadəsiz biletlərə xərclənən pul əvvəllər 2 saat ərzində geri qaytarılırdısa, bundan sonra 3-30 gün ərzində müştəriyə ödəniləcək:

“İlkin mərhələdə yaradılan biletin etibarlılıq müddəti 5 dəqiqə müəyyən edilmişdi və  biletdən istifadə edilmədiyi halda silinən məbləğ 2 saat ərzində müştərinin balansına geri qaytarılırdı. Məlum olduğu kimi hər bir QR bilet yalnız bir gediş üçün etibarlıdır.


Bu halda təyin edilən 5 dəqiqə müddət sərnişinlərdə narahatlıq yaradırdı. Onlar istifadə edə bilmədikləri halda yenidən bilet yaratmalı olurdular. Bunu nəzərə alaraq müştərilərin rahatlığı üçün QR biletlərinin istifadə müddəti 30 dəqiqəyədək artırıldı və istifadə edilməyən biletlərin ödənişi geri qaytarıla bilmirdi. Artıq bu məsələ də həllini tapıb və istifadə edilməyən biletə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qaytarılır”.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin