“Biz bu ay Azərbaycan hökuməti başçısının Rusiya Federasiyasına səfərini gözləyirik. Tez bir zamanda ortaq dil tapan və mənim zənnimcə, koronavirus infeksiyası dövründə bir qədər aşağı düşən əmtəə dövriyyəsinin bərpa olunması üçün gələcək addımları çox səmərəli razılaşdıran Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə dövlətlərarası komissiya fəaliyyət göstərir. Lakin əmtəə dövriyyəsinin praktiki 3 milyard dollar olması sanballı nəticədir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mayın 10-da görüşü zamanı deyib.
“Bizim hədəfimiz, həmçinin humanitar, təhsil, mədəni layihələri inkişaf etdirməkdir. Şəxsən Sizin Azərbaycanda rus dilinə olan daimi diqqətinizi, Rusiya ali məktəblərinin filiallarının fəaliyyətini, universitetlərimiz arasında, o cümlədən bizim ümumi alma-mater olan MDBMİ-nin iştirakı ilə həyata keçirilən birgə proqramları yüksək qiymətləndiririk. Bu, həqiqətən də çox vacibdir.
Bir daha vurğulamaq istəyirəm, biz koronavirus infeksiyasına qarşı mübarizədə daha səmərəli qarşılıqlı fəaliyyətin təmin olunmasını səmimi qəlbdən arzu edirik.
Bu günlərdə Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib. Bu ay daha böyük partiyalar gözlənilir. Bizim müvafiq idarələrimiz Azərbaycanda texnoloji bazanın mövcud olmasını nəzərə alaraq bu vaksinin burada istehsalının nizamlanması barədə konkret söhbət aparırlar”, deyə rusiyalı nazir qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:09 / 11.05.2021
“Sizin Azərbaycanda rus dilinə olan daimi diqqətinizi yüksək qiymətləndiririk” – Sergey Lavrov - VİDEO
Hazırda oxunan: “Sizin Azərbaycanda rus dilinə olan daimi diqqətinizi yüksək qiymətləndiririk” – Sergey Lavrov - VİDEO
Hazırda oxunan: “Sizin Azərbaycanda rus dilinə olan daimi diqqətinizi yüksək qiymətləndiririk” – Sergey Lavrov - VİDEO
20800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.