Oğuz Rayon İcra Hakimiyyətinin Dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialı tərəfindən Oğuz rayonunda əmək yarmarkası təşkil olunub.
Bizim.Media xəbər verir ki, iş axtaran şəxslərin mövcud vakansiyalara əlçatanlığının təmin edilməsi, işəgötürənlərin qısa zamanda ixtisaslı kadrlara olan ehtiyaclarının ödənilməsi baxımından əmək yarmarklarının əhəmiyyəti qeyd edilib.
Bildirilib ki, ilin sonuna kimi digər ərazilərdə də bu cür tədbirlərin keçirilməsi planlaşdırılır. Daha sonra qonaqlar işəgötürənlərlə tanış olub, təqdim edilən vakansiyalarla maraqlanıblar.
Aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 14 işəgötürən tərəfindən müxtəlif fəaliyyət sahələri üzrə 90 vakansiya təqdim olunub.
Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:46 / 22.08.2024
Oğuzda keçirilən əmək yarmarkasında 90 vakansiya təqdim olundu – FOTO
Hazırda oxunan: Oğuzda keçirilən əmək yarmarkasında 90 vakansiya təqdim olundu – FOTO
Hazırda oxunan: Oğuzda keçirilən əmək yarmarkasında 90 vakansiya təqdim olundu – FOTO
Oğuzda keçirilən əmək yarmarkasında 90 vakansiya təqdim olundu. İş axtaranlar və işəgötürənlər bir araya gələrək əmək bazarında iş imkanları ilə tanış oldular. Əmək yarmarkası zamanı 90 fərqli vakansiya təklif olunub.
207854
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.