“Ermənistana 3 terrorçunun qaytarılması ilə bağlı hansı razılaşmanın olmasını demək çətindir. Bundan əvvəl də biz Livana bir terrorçu təhvil vermişdik. Bu Dağlıq Qarabağda olan qanunsuz birləşmələrin tərkibində döyüşən qadın idi. Bu da davam edən addımların tərkib hissəsi idi. Ola bilsin ki, Livan hər hansı bir məsələdə öhdəlik götürüb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa feysbuk hesabındakı video paylaşımda səsləndirib.
Deputat bildirib ki, Azərbaycan hakimiyyəti bu addımı müəyyən məsələnin qarşılığında atıb:
MÖVZU İLƏ BAĞLI:
Bakı üç erməni hərbçini sərbəst buraxdı
“Yəni Azərbaycan hakimiyyəti bunu əvəzsiz etmək düşüncəsində deyil. 3 ermənin qaytarılması bu o deməkdir ki, hansısa məsələdə Ermənilərin addım atmasını dəqiqləşdirərək belə bir jest edib. Bunu təfərrüatları barədə bizim xəbərimiz yoxdur”.
F. Mustafanın fikrincə, baş verən prosseslərə ayrı-ayrı faktlar əsasında yanaşmaq doğru deyil.
“Bu elə bir prossesdir ki, görünən tərəflərə çox da diqqət etməyimiz bizi yanıldar. Ermənilər Nidjenin abidəsini sökmədilər, Lavrov soyqırım abidəsini ziyarət etdi- bunlar zahiri əlamətdir.
Ermənistanla Rusiyanın yaxınlığını göstərən ənənəvi addımlardır. Amma arxa planda olan məsələləri var. Necə ki, 44 günlük savaşda Rusiya Ermənistana gözlənilən dəstəyi vermədi. Bu prosesdə Rusiyanın götürdüyü öhdəliyi, nüfuzu var”.
Millət vəkili sözlərinə görə, Azərbaycanın rahat davranış sərgiləməsi onu göstərir ki, hər şey 10 noyabr bəyanatının ruhuna uyğun gedir:
“Azərbaycan hökuməti Qarabağda infrastruktur layihələri sürətlə həyata keçirir. Əgər hər hansısa təhlükə riski, öhdəlikdən yayınma olarsa bunu etmək üçün tərəddüd edərsən, amma tərəddüd yoxdur.
"Bizim bu cür rahat davranmağımız onu göstərir ki, hər bir şey bəyanatın ruhuna uyğun gedir. Buna son qoyulmuş bəyanat kimi baxmaq mümkün deyil. Çünki onun əsas bəndləri icra olunub."
"Laçın dəhlizinin taleyi Zəngəzur dəhlizindən asılıdır. Zəngəzur açılmasa Azərbaycanın tam hüququ yaranır ki, Laçın dəhlizini bağlasın. Bu da ermənilər üçün ciddi nəticələr doğuracaq”.
Bizim.Media