Əsgəran qalasının ətrafında yaranmış natəmizliyin SON VƏZİYYƏTİ - FOTO

Hazırda oxunan: Əsgəran qalasının ətrafında yaranmış natəmizliyin SON VƏZİYYƏTİ - FOTO

Əsgəran qalasının ətrafında yaranmış natəmizliyin SON VƏZİYYƏTİ - FOTO. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tullantılardan təmizlənmə əməliyyatına başlayıb və vətəndaşlardan məhərrəmlikləri pozur etməməyi xahiş edir.

207745

“Son günlər işğaldan azad edilmiş ərazilərə səfər edənlər tərəfindən tullantıların ətraf mühitə atılması, orada qalaqlanması ilə bağlı sosial şəbəkələrdə təəssüfedici görüntülər yayılır. Bəzi vətəndaşlarımız bu ərazilərə səfər edərkən istər qanunvericiliyə, istərsə də mənəvi dəyərlərimizə zidd olaraq tullantıları getdikləri, dincəldikləri ərazilərə atırlar. Bu kimi xoşagəlməz halları nəzərə alaraq, bir daha diqqətə çatdırıram ki, bu, həm inzibati qayda pozuntusu, həm də mənəvi dəyərlərimizə zidd olan hərəkətdir”.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşa-Laçın yolundakı bulağın ətrafında yaranmış zibilliyin AQİBƏTİ - FOTO/VİDEO


O qeyd edib ki, artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və “Təmiz şəhər” ASC ilə birgə Xocalıda yerləşən Əsgəran qalasının ətrafının tullantılardan təmizlənməsinə başlanılıb:

“Fürsətdən istifadə edib bu məsələdə vətəndaşlıq mövqeyi göstərərək məlumatları vaxtında ictimailəşdirən şəxslərə təşəkkür edirik. Çünki bütün əraziləri nəzarətdə saxlamaq, bütün ərazilər barədə dərhal məlumat əldə etmək fiziki olaraq mümkün deyil.

Ona görə vətəndaşlıq mövqeyi çox vacibdir və bu işin daha operativ təşkilinə kömək edir. Buna görə də məhz vətəndaşlıq mövqeyi ilə çıxış edən şəxslərə çox minnətdarıq.

Bir daha fürsətdən istifadə edərək vətəndaşlara müraciət edirik ki, bu gözəl əraziləri çirkləndirməsinlər. Onları bu haldan çəkinməyə, təbiətlə münasibətdə daha duyarlı olmağa çağırırıq”.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin