Rəisinin öldüyü qəza ilə bağlı istintaq YEKUNLAŞDI - Rəy verildi

Hazırda oxunan: Rəisinin öldüyü qəza ilə bağlı istintaq YEKUNLAŞDI - Rəy verildi

Rəisinin öldüyü qəza ilə bağlı istintaq YEKUNLAŞDI - Rəy verildi İranın mərhum prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı istintaq yekunlaşıb. İran Prezidenti İbrahim Rəisi və digər rəsmi şəxslərin həlak olduğu helikopter qəzası ilə əlaqədar son məlumatlar.

207739

İranın mərhum prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı istintaq yekunlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Fars” agentliyi ona yaxın mənbəyə istinadən məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Rəisinin öldüyü helikopter qəzası ilə bağlı ikinci hesabat AÇIQLANIB


Agentlik bildirib ki, hadisə qəza səbəbindən baş verib. Belə ki, Rəisiyə məxsus helikopterdə sərnişinlərin sayı normadan artıq olduğundan o, lazımi yüksəkliyə qalxa bilməyib və dumanlı şəraitdə dağa çırpılıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb.

Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmir Abdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin