Əmanətləri hansı valyutada saxlamaq daha SƏRFƏLİDİR?

Hazırda oxunan: Əmanətləri hansı valyutada saxlamaq daha SƏRFƏLİDİR?

Dünya maliyyə bazarında tez-tez baş verən iqtisadi dəyişikliklər yatırım etmək istəyənlərin qərarsızlığına səbəb olur. Əmanətləri hansı valyutada saxlamaq daha SƏRFƏLİDİR? Ayaz Zeynalzadə və Ruslan Atakişiyev pulunu hansı valyutada saxlamağı məqsədəuyğun hesab edirlər? Əmanət yatırmaq üçün hansı bank əlverişlidir? Mövzular barədə ətraflı məlumat Bizim.Media-da.
207736

Dünya maliyyə bazarında tez-tez baş verən iqtisadi dəyişikliklər yatırım etmək istəyənlərin qərarsızlığına səbəb olur. Kimisi qızıla, kimisi daşınmaz əmlak inevstisiya qoymaqla, bəziləri isə pulunu xarici valyutaya çevirməyi daha məqsədəuyğun hesab edir. 

Bizim.Media-ya açıqlama verən vətəndaş Ayaz Zeynalzadə də pulunu xarici valyutaya çevirmək istəyənlərdəndir. 
 

MÖVZU İLƏ BAĞLI:

Manat əmanəti faizləri hansı bankda daha sərfəlidir? - SİYAHI


“Hazırda əlimdə müəyyən məbləğdə pul var və bunu başqa məzənnəyə çevirmək istəyirəm. Ancaq məzənnələrdə necə dəyişiklik olacağıyla bağlı dəqiq məlumatım yoxdur. Çox vaxt mənə məsləhət görürlər ki, pulu dollara çevirim, bildiyim qədəriylə, bu məzənnə də öz sabitliyini qoruyur”. 

Müsahibimiz hesab edir ki, türk lirəsinin dəyəri indi aşağı olsa da, bir neçə il ərzində artacaq, buna görə də  o, pulunu bu valyutada saxlamağı  düşünür. Ancaq vurğulayır ki, yenə də bu barədə qərarsızdır.
 

MÖVZU İLƏ BAĞLI:

Hansı banka əmanət yatırmaq daha sərfəlidir? – ARAŞDIRMA 


Müsahibimiz kimi qərarsız qalanların sayı çoxdur. 

Bəs pulu hansı valyutada saxlamaq vətəndaşlar üçün daha sərfəlidir? 

İqtisadçı Ruslan Atakişiyev Bizim.Media-ya açıqlamasında mövzu ilə bağlı suallarımızı cavablandırıb:

“İnsanlar əgər vəsaitlərini pul  formasında saxlamaq istəyirlərsə, bunu dünya valyutalarında saxlamağa çalışırlar. Türk lirəsi dünya valyutalası deyil, buna görə də pulların çox vaxt dollar, avro formasında saxlanılmasına üstünlük verilir”.

Müsahibimiz qeyd edib ki, ölkəmizin ehtiyat valyutalarına daha çox dollar, avro, funt sterlinq və yen daxildir: 

“Hər bir şəxs bilməlidir ki, onun aylıq və yaxın müddət üçün milli valyutaya ehtiyacı nə qədərdir və o qədər vəsait milli valyutada olmalıdır. Ancaq pul uzun müddət saxlanacaqsa, dollar və ya avro formasında saxlanıla bilər”.  

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin