Qadın və gənc sahibkarlara ayrılan güzəştli kreditlərin məbləği - SON 7 AYDA

Hazırda oxunan: Qadın və gənc sahibkarlara ayrılan güzəştli kreditlərin məbləği - SON 7 AYDA

207723

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) verdiyi güzəştli kreditlərin 6,55 %-i qadın sahibkarların payına düşüb.

Bizim.Media bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə 257 qadın sahibkarın layihələrinə 7,8 milyon manat güzəştli kredit ayrılıb.

Bundan başqa, yanvar-iyun aylarında Fondun xətti ilə 99 gənc sahibkarın təqdim etdiyi layihələr üzrə ümumilikdə 3,5 milyon manat güzəştli kredit ayrılıb.

7 ay ərzində SİF sahibkarların 3 252 layihəsinə 119 milyon manat güzəştli kredit verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin