Hər 100 min nəfərə bir PSİXOLOQ – Onlara müraciət niyə ARTIB?

Hazırda oxunan: Hər 100 min nəfərə bir PSİXOLOQ – Onlara müraciət niyə ARTIB?

Azərbaycanda psixoloqların sayının azlığı və təhsil sistemindəki problemə dair Namik Qüdrətovun açıqlamaları.
207684

Azərbaycanda psixoloqlara müraciət edənlər günbəgün artmaqdadır. Sosial şəbəkələrdə də tez-tez müxtəlif psixoloqların reklamları qarşımıza çıxır. Əvvəllər cəmiyyət psixoloqlara getməyi “zəif görünmək” kimi bilirdisə, indi artıq müxtəlif maarifləndirmə işləri nəticəsində bu stereotiplər qırılıb. Əsasən də Bakı şəhərində psixoloqlara gedənlər çoxalıb. Kənardan elə görünür ki, psixoloqların sayı da, onlara müraciət edənlər də çoxdur.

Bəs reallıq necədir?

Psixoloq Namik Qüdrətov Bizim.Media-ya Azərbaycandakı psixoloqların sayından danışıb:

“Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən deyilir ki, psixoloq vacibdir. Çünki psixoloq dərmansız və sözlə müalicə edir, qorxuları aradan qaldırır. Qorxunu dərmanla aradan qaldırmaq olmur, dərmanın təsir gücü bitən kimi o qorxu yenidən gəlir. Azərbaycanda hər 100 000 nəfərə bir psixoloq düşür. Yəni bizdə psixoloqların sayı çox azdır. Əsasən isə psixoterapevtlər fəaliyyət göstərir”.

Azərbaycanda niyə psixoloq məktəbi yoxdur?

Namik Qüdrətov Azərbaycanda psixoloqların azlığının təhsildən irəli gəldiyini vurğulayıb:

“Bizdə psixoloq məktəbi yoxdur. Hazırda psixoloq kimi fəaliyyət göstərənlər də xaricdə təhsil alıblar. Məsələn, elə mən özüm Moskvada təhsil almışam. Hər il 2-3 dəfə treyninqə gedirəm. Bizdə o treyninqləri təşkil edən yoxdur.

Azərbaycanda iki il bundan qabaq psixoloqlar gündəmə düşdü, insanlar psixoloqların yanına gəlməyə başladılar. Sonra gəlib gördülər ki, psixoloqun heç bir köməyi yoxdur. Çünki psixologiyanı bitirməyən şəxslər, iki-üç dənə sertifikat alıb, özlərini reklam edirlər. Onlar da heç bir effekt vermədiyinə görə, psixoloqlara güvən öldü. Çünki bizdə lisenziya yoxdur. Beynəlxalq təcrübədə psixoloq olmaq üçün lisenziya tələb olunur. Çünki onlar anlayır ki, “keşiş qəlbi xilas edir, psixoloq qəlbi isə sağaldır”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin