"TikTok"da tanış olduğu qadını işə düzəltmək adı ilə ALDATDI

Hazırda oxunan: "TikTok"da tanış olduğu qadını işə düzəltmək adı ilə ALDATDI

207680

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zamiq Dadaşovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media “pravda.az”a istinadən xəbər verir ki, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

İttiham aktına görə, Zamiq Dadaşov 2023-cü ilin sentyabr ayında "TikTok" sosial şəbəkəsində tanış olduğu zərərçəkmiş G.Şirinovaya Bakı Şəhəri Baş Polis İdarəsinin dəftərxanasına polis nəfəri - operator vəzifəsi üzrə işə qəbul etdirəcəyini yalan vəd verib.

O, bu məqsədlə 2023-cü illərdə müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində qadının ümumilikdə 8250 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin