Ermənistanın müdafiə naziri CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Ermənistanın müdafiə naziri CƏRİMƏLƏNDİ

207590

Ermənistanın müdafiə naziri Suren Papikyan “Vətəndaş müqaviləsi” partiyasının İdarə Heyətinin sədri olarkən yol verdiyi qanun pozuntularına görə cərimələnib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Papikyan 2022-ci ildə “Siyasi partiyalar haqqında” qanunu pozaraq, təxminən 11,4 milyon dram (təxminən 30 min dollar) məbləğində xərclərin nağd şəkildə ödənilməsinə şərait yaradıb.
 

Xərclərin şərtlərini aydınlaşdırmaq üçün aprel ayında komissiya 2022-ci il üçün bank hesablarından bütün çıxarışları təqdim edən “Vətəndaş müqaviləsi” tərəfinə müraciət edib.


Partiya öz vəsaitinin bir hissəsini bankomatlar vasitəsilə nağdlaşdırıb, lakin ümumi məbləğin nəyə xərcləndiyini dəqiqləşdirməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin