Daha bir məmur pandemiya zamanı qızının ad gününə 400 nəfər çağırdı – VİDEO

Hazırda oxunan: Daha bir məmur pandemiya zamanı qızının ad gününə 400 nəfər çağırdı – VİDEO

20758

Argentinanın Tukuman əyalətindən bir məmur qızının 15 yaşını keçirib və pandemiya dövründə 400 nəfəri məclisə dəvət edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi əyalətin deputatı Xose Kanoya istinadən yayıb.

Latın Amerikasında 15 yaşı qeyd etmək bir qızın həyatında ən vacib hadisədir. Orada hər kəs yetkin həyatın bu yaşda başladığına inanır.

Doğum günü, ümumiyyətlə möhtəşəm keçirilir, yüzlərlə, hətta minlərlə qonağın dəvəti ailənin sərvətindən asılı olur. Ailə bir aydan çox buna hazırlaşır. 

Ancaq pandemiya zamanı bəziləri mövcud məhdudiyyətlər səbəbindən bayramı geniş miqyasda keçirməkdən imtina edir.

"Tukuman əyalətinin Alderetes şəhərindən bələdiyyənin məclis üzvü Luis Korrea bu həftə sonu əyalət rəhbərliyi də daxil olmaqla 400 qonaq dəvət edərək qızının 15 yaşını keçirib". Deputat bu sözləri “Twitter”də yazıb və məclis üzvünün istefasını tələb edib.

Bu məlumat əyalət rəhbərliyi tərəfindən təsdiqlənib. Artıq iş prokurorluğa təhvil verilib.

Bayram açıq havada təşkil edilib, lakin Tukumanda qüvvədə olan məhdudiyyətlərə görə, açıq yerlərdə 20 nəfərdən çox adamın toplanması qadağandır.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin