Beyləqanda su kanalında batan uşağın kimliyi bilinib.
Bizim.Media xəbər verir ki, Yeni Mil qəsəbə sakini 2015-ci il təvəllüdlü İbrahimov Əhməd Cahid oğlu qəsəbə ərazisindən keçən kanalda batıb.
*** 15:16
Beyləqanda uşaq kanalda batıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Baş Mil kanalının Beyləqan rayonu, Yeni Mil qəsəbəsindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub:
"Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar".
Bizim.Media