Rusiyadan Almaniyaya XƏBƏRDARLIQ: "Bu çirkin praktikaya son qoyulmasa..."

Hazırda oxunan: Rusiyadan Almaniyaya XƏBƏRDARLIQ: "Bu çirkin praktikaya son qoyulmasa..."

207332

Moskva Almaniyaya xəbərdarlıq edir ki, Almaniya Rusiya KİV-lərini sıxışdırmağı dayandırmasa, almaniyalı jurnalistlərə qarşı cavab tədbirləri görəcək. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Avropa departamentinin direktoru Oleq Tyapkin RİA Novosti-yə bildirib.

Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer bildirmişdi ki, almaniyalı jurnalistlər Rusiya Federasiyasında fəaliyətləri barədə düşünməli və ora getmə imkanlarını nəzərdən keçirməlidirlər.

O xatırladıb ki, Almaniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına səfər etməyi qətiyyətlə tövsiyə etmir və bu, Rusiyadakı almaniyalı jurnalistlərə də aiddir.

"Almaniya hakimiyyəti uzun müddətdir ki, Rusiya mediasının Almaniyadakı fəaliyyətini məqsədyönlü şəkildə məhdudlaşdırır. Son aylar jurnalistlərimiz müxtəlif inzibati və hüquqi bəhanələrlə ölkədən çıxarılmağa başlayıb. Biz dəfələrlə Almaniya Xarici İşlər Nazirliyinə xəbərdarlıq etmişik ki, bu çirkin praktikaya son qoyulmasa, Almaniya KİV-lərinin Rusiyadakı nümayəndələrinə qarşı məcburi cavab tədbirləri görüləcək", - o, agentliyə müsahibəsində bildirib.
 

"Aydındır ki, Berlin indi Rusiyada Almaniya mediasının normal iş şəraitini qorumaqdansa, öz informasiya sahəsini Rusiya mediasından təmizləməkdə maraqlıdır. Buradan yığılan problemləri həll etməkdənsə, məsələni elə təqdim edilər ki, guya hər şeydə günahkar Moskvadır. Alman hakimiyyətinin sadə planı tamamilə göz qabağındadır", - Tyapkin vurğulayıb.


Bundan əvvəl Rusiya Federasiyası xarici KİV-ə qarşı Rusiya ərazisindən yayım və internet resurslarına çıxışı məhdudlaşdırmaq üçün cavab tədbirləri tətbiq edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin