Futbol üzrə milli komandamızın üzvü Cəlal Hüseynov Bolqarıstanda klubunu dəyişə bilər.
Bizim.Media xəbər verir ki, Hazırda “Arda” klubunda çıxış edən futbolçuya “Levski” maraq göstərir.
Bolqarıstanın köklü klublarından biri olan “Levski” 21 yaşlı həmyerlimizi qış transfer pəncərəsi zamanı heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Cəlal Hüseynovun “Arda” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media