Bu vulkan bir gündə iki dəfə kül püskürdü

Hazırda oxunan: Bu vulkan bir gündə iki dəfə kül püskürdü

207191

Rusiyanın Kamçatka bölgəsində yerləşən Şiveluç vulkanı 4,5 kilometr hündürlüyə kül püskürüb.

Bizim.Media TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka vulkan püskürməsinə reaksiya qrupu məlumat yayıb.

Bildirilib ki, partlayışlar nəticəsində Şiveluç vulkanının külü dəniz səviyyəsindən 4,5 kilometr yüksəkliyə qalxıb.

Qeyd edək ki, bu, gün ərzində artıq ikinci kül püskürməsidir. Bir neçə saat əvvəl Şiveluç 5 kilometr hündürlüyə kül püskürmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin