Türkiyədə baş verən yanğınlarda şübhəli bilinən yeddi nəfər SAXLANILDI

Hazırda oxunan: Türkiyədə baş verən yanğınlarda şübhəli bilinən yeddi nəfər SAXLANILDI

207149

Türkiyənin qərbində və şimal-qərbində meşə yanğınlarının törədilməsində şübhəli bilinən 7 nəfər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslərdən dördü ötən gün axşam saatlarında yanğının 4 milyonluq şəhərin, Karşıyaka ətrafı da daxil olmaqla, yaşayış məntəqələrinə çatdığı İzmir vilayətində nəzarətə alınıb.

Qeyd edək ki, hazırda beş vilayətdə - İzmir, Aydın, Muğla, Manisa və Boluda meşə yanğınları söndürülür. Əməliyyatda 42 helikopter və 11 təyyarə, 366 quru qüvvəsi, Rusiyanın Be-200 amfibiya təyyarəsi iştirak edir.

Azərbaycan da qardaş ölkəyə kömək məqsədilə bölgəyə Be-200 təyyarəsi göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin