Ermənistanda Qərbi Nil virusu yayılıb, 20 nəfər yoluxub, bir nəfər isə ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Xəstəliklərlə Bağlı Xəbərdarlıq üzrə Mərkəzinin direktoru Sergey Çaxmaxyan məlumat yayıb.
Onun sözlərinə görə, hələlik ağcaqanadlar vasitəsilə yayılan bu xəstəliyi törədən həşəratların növü müəyyənləşdirilməyib.
Bildirilib ki, əksər hallarda Qərbi Nil virusu hər hansı simptomlarla müşayiət olunmur, lakin yoluxan hər beşinci adam qrip virusuna bənzər simptomlar hiss edir. Eyni zamanda onlarda yüksək hərarət, üşütmə, baş və bel nahiyyəsində ağrılar, yorğunluq və limfa düyünlərində şişkinlik kimi əlamətlər müşahidə olunur.
Bəzi hallarda isə bu virus zamanı dəridə səpkilər əmələ gəlir. Qərbi Nil virusunun ağır forması isə mərkəzi sinir sisteminin zədələnməsi və meningitlə müşahidə olunur.
Bizim.Media
- A-
- A
- A+
Region
19:19 / 17.08.2024
Ermənistanda yeni virus YAYILDI - Ölən var
Hazırda oxunan: Ermənistanda yeni virus YAYILDI - Ölən var
Hazırda oxunan: Ermənistanda yeni virus YAYILDI - Ölən var
207117
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.